Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib
Putin müraciətində ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verənləri qanlı və barbar terror hücumu adlandırıb. O bildirib ki, onlarla dinc, günahsız insan terror aktının qurbanı olub.
Putin Putin doğmalarını və yaxınlarını itirən hər kəsə başsağlığı verib.
Rusiya Prezidenti martın 24-nü milli matəm günü elan edib.