“Crocus City Hall”a hücum edən terrorçuların kimliyi məlum olub - foto

“Baza” Telegram kanalı “Crocus City Hall”da atışma törədən altı terrorçudan dördünün adını açıqlayıb.

Bunlar 37 yaşlı Mahmudrəsul Nəsridinov, 51 yaşlı Rivojidin İsmonov, 21 yaşlı Şoxinjonn Safolzoda və 29 yaşlı Rüstəm Nəzərovdur.

Onların hamısı Tacikistan vətəndaşıdır.

Həmçinin bildirilir ki, terrorçuların idarə etdiyi avtomobil Bryansk vilayətində saxlanılıb.

Rusiya KİV-in məlumatına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ən azı 82 nəfər ölüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ