Kiyev “Crocus City Hall”dakı terror aktı ilə bağlı açıqlama verdi

Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin “Crocus City Hall”da törədilən terror aktında iştirakını inkar edib. Onun sözlərini “Strana.ua” nəşri sitat gətirir.

“Ukraynanın Moskvadakı “Crocus City Hall”da törədilən terror aktına heç bir aidiyyəti yoxdur”, - Podolyak vurğulayıb.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, Moskva vilayətində törədilən terror aktı Putinin qəsdən törətdiyi təxribatdır və bu barədə beynəlxalq ictimaiyyət xəbərdarlıq edib.

“Bu, beynəlxalq ictimaiyyətin xəbərdarlıq etdiyi Putinin xüsusi xidmət orqanlarının qəsdən törətdiyi təxribatdır. Kreml tiranı öz karyerasına bununla başlayıb və karyerasını öz vətəndaşlarına qarşı eyni cinayətlərlə başa vurmaq istəyir”, - Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Ukrayinska Pravda”ya şərhində bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ