“Crocus City Hall”a silahlı hücum: ölənlərin sayı artır - video

“Crocus City Hall”da terror aktı baş verən yerdə 137 qurbanın cəsədi tapılıb və əraziyə baxış davam edir. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bu günə kimi 62 cəsədin şəxsiyyəti müəyyən edilib, digərləri ekspertizadan keçiriləcək.

İstintaq Komitəsi həmçinin bildirib ki, terror aktı yerindən dörd dəst hərbi sursat, iki Kalaşnikov avtomatı və 500-dən çox patron götürülüb. 

23.03.2024 13:58

Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

13:40

Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 93 nəfərə çatdığını açıqlayıb.

09:43

Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumatlara görə, ölənlərin sayı 80 nəfərə çatıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

22.03.2024 23:30

Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 40 nəfər həlak olub. Bu barədə REN TV Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.

Yüzdən çox insan yaralanıb.

21:42

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib.

TASS xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ