Ermənistan Rusiyanın “Mir” kartlarına xidmət göstərməkdən imtina edir

Rusiya Federasiyasının Milli Ödəniş Kartları Sistemi Ermənistandan ölkənin ArKa ödəniş sistemində iştirak edən bankların martın 30-dan etibarən “Mir” kartlarına xidmət göstərməyi dayandıracaqları barədə rəsmi bildiriş alıb. Bu barədə TASS məlumat yayıb.

Sputnik yazır ki, Ermənistan Banklar İttifaqı qərarın ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxduğu üçün verildiyini təsdiqləyib.

“VTB Ermənistan”ın Rusiyanın ödəniş sistemi ilə işləməyə davam edəcəyi dəqiqləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ