Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə deyib ki, İrəvan sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakı ilə güzəştə getməsə, o zaman bu həftənin sonunda müharibə başlaya bilər.
Bu barədə Paşinyan, sakinlərlə görüş zamanı deyi.
"İndi biz buradan gedə bilərik, gedək (Azərbaycana) deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq".
“Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, - Paşinyan əlavə edib .