Cənubi Osetiya Rusiyanın tərkibinə daxil edilir?

Cənubi Osetiyanın “Rusiyanın tərkibinə daxil olunması” məsələsi Moskva ilə müzakirə edilir. 

Bu barədə Cənubi Osetiya qondarma “parlament sədri” Alan Alborov bildirib.

“Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”, Alborov “referendumun keçirilməsinin” mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, hər iki tərəf “koordinasiyalı xarici siyasət yürüdür”. “Biz Rusiya Federasiyası ilə birlikdə bu fikrə gələndə bunu edəcəyik”, o deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ