Hacı Muradın qalıqlarının Qaxdan oğurlanmasını deputat təşkil edib

Rusiyada fəaliyyət göstərən “Lev Tolstoy və Qafqaz-Dağıstan” təşkilat komitəsi şeyx Şamilin naibi, 19-cu əsrdə ruslara qarşı döyüşlərdə onun əsas komandirlərindən biri olan Hacı Muradın qalıqlarının Azərbaycanın Qax rayonu ərazisindən oğurlanıb aparılması və Dağıstanın Xunzax rayonunda yenidən dəfn edilməsini kəskin pisləyən bəyanat yayıb.

Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, bəyanata əsasən qalıqların oğurlanıb aparılmasını Rusiya Dövlət Dumasının Başqırdıstandan olan deputatı (“Ədalətli Rusiya” partiyası), əslən Dağıstanın Xunzax rayonundan olan Hacımurad Ömərov təşkil edib.

Həmin təşkilat komitəsi 2010-cu ildə yaradılıb. Onun tərkibinə Tolstoy muzeyinin direktoru Yekatrina Tolstaya, iş adamı Camaluddin Ömərov, avar musiqili dram teatrının direktoru Maqomedrəsul Maqomedrəsulov, Hacı Muradın nəslindən olan Maqomed-Arip Hacımuradov, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri üzrə müşaviri, Hacı Muradın kəllə sümüyünün qaytarılması məsələsi üzrə Maqomed-Arip Hacımuradovun səlahiyyətli nümayəndəsi Vladimir Tolstoy və digərləri daxildir.

Bəyanatda deyilir ki, 2019-cu il iyunun 2-də Xunzaxda naib Hacı Murada aid olduğu bildirilən qalıqların “yenidən dəfn edilməsi” mərasimi keçirilib. Və bu ideya bütünlüklə Başqırdıstandan deputat, Xunzax rayonunun sakini Hacmurad Ömərova məxsusdur.

“Bununla əlaqədr ilk növbədə Təşkilat Komitəsinin, təbii ki, bir çox digər sağlam düşüncəli insanların ona bəzi sualları meydana çıxır.

1. Hansı əsasla özünə bunu rəva görür və kim ona Hacı Muradın məzarını (başqa dövlətdə) qazmağa icazə vermişdi, hansı ki, Hacı Muradın sağ varisi Hacımuradov Maqomed-Aripin, “Lev Tolstoy və Qafqaz-Dağıstan” təşkilat komitəsinin üzvlərinin bu barədə ən kiçik təsəvvürləri belə yox idi? Mahiyyətcə Ömərov H. Hacımuradov Maqomed-Aripi baş vermiş fakt qarşısında qoyub və öz qanunsuz hərəkətlərini onunla razılaşdırmayıb.

2.Nəyə görə Ömərov H. Hacı Muradın qalıqlarının yenidən dəfn olunmasının yolverilməzliyi barədə dini şuranın mövqeyinə məhəl qoymayıb? Doğrudanmı ona dəfələrlə dini şurada izah edilmiş normaları belə asanlıqla pozmaq olar?

3. Nəyə görə Ömərov H. Azərbaycanın Qax və Zaqatala rayonlarının dağıstan kökənli ictimaiyyətinin mövqeyini nəzərə almayıb, hansı ki, onlar Hacı Muradın qalıqlarının yenidən dəfn edilməsinə qarşı idi? Çünki bu məzar onlar üçün Dağıstanla əlaqələri simvolizə edən tarixi abidə olub.

4.Doğrudanmı Ömərov tez məşhurlaşmağa belə can atıb ki, çox mühüm detalları yaddan çıxarıb: Hacı Muradın məzarını qazmaqdan və qalıqları oradan gizlicə çıxarmazdan (hələ məlum deyil bu qalıqlar kimə aiddir) əvvəl antroplolji və DNK-analizləri aparımalı idi. Məsələ bundadır ki, həmin məzarda Hacı Muradla yanaşı onun Eldar adlı qohumunun və daha bir müridinin başsız bədənləri dəfn olunmuşdu.

5. Nəyə görə hər şey bu cür gizlilik şəraitində aparılıb və Hacımuradov Maqomed-Arip, Hacı Muradın varisi yalnız iyunun 2-də, səhər saat 10.00-da Ömərova zəng edə bilib, onun özbaşınalığı haqda izahat almağa çalışıb?

Biz hesab edirik ki, bu sualın cavabı aydındır və əvvəlki 4 sualdan ortaya çıxır”.

Bəyanatda deyilir ki, Təşkilat Komitəsinə Ömərovun bu özbaşınalığı guya “yuxarılarla”, Dövlət Dumasının sədr müavini Pyotr Oleq Tolstoyla (Lev Tostoyun kötükcəsi) və Putinin müşaviri V.Tolstoyla razılaşdırdığı haqda danışdığı haqda şaiyələr gəlib çatıb. Lakin Təşkilat Komitəsinin koordinatoru Camaluddin Ömərov onların hər ikisi ilə əlaqə saxlayıb. Bu şəxslər deyiblər ki, bu cür əməli, hətta cinayət əməlini həyata keçirən deputat Ömərovla heç nəyi razılaşdırmayıblar.

Bəyanatın altında Lev Tolstoyun adları çəkilən varisləri ilə yanaşı Təşkilat Komitəsinin üzvləri imza atıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ