Ərdoğan Çavuşoğlunu Yeni Zelandiyaya göndərir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan köməkçisi Fuad Oktayı və xarici işlər naziri Mövlud Çavuşoğlunu Yeni Zelandiyaya göndərir.
 
Buta.media “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan bu qərarı Yeni Zelandiya prezidenti Petsi Reddi ilə telefon danışığından sonra qəbul edib.
 
O, iki məsciddə baş vermiş terrorda 49 nəfərin ölümü ilə bağlı zelandiyalı həmkarına başsağlığı verib, terroru pisləyib. Türkiyə lideri Reddi ilə söhbətində Oktay və Çavuşoğlunun başçılığı ilə heyəti Yeni Zelandiyaya yola salmağa hazırlaşdıqlarını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ