Zelenski Ərdoğanla görüşmək üçün İstanbula gedib

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gedib. Bu barədə Türkiyənin “Yenisöz gazetesi” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Zelenskinin təyyarəsi artıq Atatürk hava limanına enib. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustəm Umerov onunla birlikdə Türkiyəyə yollanıb.

Zelenski Ərdoğanla görüşdə Ukrayna münaqişəsini müzakirə etməyi planlaşdırır.

Bundan əvvəl Zelenski Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şappsla görüşdən danışıb. Onun sözlərinə görə, görüş zamanı tərəflər Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş baş komandanı Valeriy Zalujnının Londona səfir təyin edilməsi, eləcə də Ukrayna ordusunun uzaq mənzilli imkanları müzakirə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ