Trampın rəqibi prezidentlik yarışından geri çəkildi

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli respublikaçı kimi ABŞ prezidentliyinə namizəd olmaqdan imtina etdiyini açıqlayıb.

O, kampaniyasının dayandırılmasının vaxtının çatdığını deyib.

“Mən heç nəyə peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmaqdan əl çəkməyəcəyəm”, - deyə siyasətçi bildirib.

Beləliklə, Donald Tramp Respublikaçılar Partiyasından prezident seçkilərində əsas namizəd olub.

Həmçinin eks-prezidentin sonuncu rəqibi olan Heyli ona uğur arzulasa da, tərəfdarlarını ona səs verməyə çağırmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ