Rusiya Qarri Kasparovu terrorçu elan edib

Şahmatçı və siyasətçi Qarri Kasparov Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib. Bu barədə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin (Rosfinmonitorinq) saytında məlumat verilib.

Kasparov ekstremist fəaliyyətdə və ya terrorçuluqda iştirakı barədə məlumatı olan şəxslər və təşkilatlar siyahısına daxil olunub. Rusiya qanunvericiliyi bu vətəndaşlara və təşkilatlara qarşı sanksiyalar nəzərdə tutur - banklardan vəsaitlərini dondurmaq və xidmətləri dayandırmaq tələb olunur.

20 may 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi Kasparovu “xarici agent funksiyalarını yerinə yetirən” şəxslər siyahısına əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ