Ermənistan Avropa Şurasına gedir

Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki Müqavilə”nin deputatları ilə qapalı iclasda bildirib ki, ölkə payızdan gec olmayaraq Avropa İttifaqına üzv olmaq üçün ərizə təqdim etməyə hazırlaşır. Bu barədə “Hraparak” qəzeti partiyadakı mənbələrə istinadən yazır.

Görüşün martın 1-də parlamentdə baş tutduğu bildirilir. Tədbirdə nazirlər və ölkənin Təhlükəsizlik Şurasının katibi də iştirak edib.

Paşinyan açıq şəkildə bəyan edib ki, Qərb Ermənistandan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar tələb edir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları onun Aİ-yə üzvlüyünə namizəd olmasını tələb edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ