Hakan Fidan Rusiya və Ukraynaya çağırış etdi

Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb”, - o deyib.

Fidan əlavə edib ki, Türkiyə işğal olunmuş ərazilərin tanınmasından danışmır, lakin indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ