Ermənistanda Rusiya sərhədçilərinin çıxarılması müzakirə olunur

Ermənistan hakimiyyəti Rusiya FTX-nın sərhəd xidməti zabitlərinin Zvartnots beynəlxalq hava limanından çıxarılması məsələsini müzakirə etməyə başlayıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovannisyan bildirib.

“Bu məsələ həm bizi, həm də cəmiyyətimizi narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan aydınlıq gətirib.

Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması ehtimalını Mülki Müqavilənin digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ