Putin Qərb ölkələrini hədələyib

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.

Иu barədə Prezident Putin Federal Məclisə illik müraciəti zamanı danışıb.

“Onlar (Qərb) başa düşməlidirlər ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var”, - Rusiya dövlət başçısı bildirib.

Putin deyib ki, ruslar Qərbdən gələn "rusofobiya"nın qurbanıdır. O, ruslara qarşı belə yanaşmanı “ağılsızlıq" adlandırıb.

“Suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz”, - Putin əlavə edib.

“Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”, - o, xəbərdarlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ