SSRİ hökumətinin sonuncu rəhbəri Nikolay Rıjkov vəfat edib

SSRİ hökumətinin keçmiş rəhbəri Nikolay Rıjkov 94 yaşında vəfat edib. Bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko məlumat verib.

Nikolay Rıjkov 1974-1989-cu illərdə ölkənin nominal parlamenti olan SSRİ Ali Sovetinin deputatı olub. 1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri işləyib. İstefa və təqaüdə çıxdıqdan sonra Rıjkov siyasi karyerasını davam etdirib. 1995-2003-cü illərdə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, daha sonra 20 il ərzində Federasiya Şurasında Belqorod vilayətindən senator vəzifəsində çalışıb. Rıjkovun senator kimi səlahiyyətlərinə 2023-cü il sentyabrın 25-də xitam verilib.

Nikolay Rıjkov senator kimi 2014-cü ildə Rusiya qoşunlarının Krıma daxil olmasını, həmçinin 2022-ci ildə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını dəstəkləyib. Avropa Birliyi, ABŞ, Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya və Yeni Zelandiyanın sanksiya siyahısına daxil edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ