Bəzi Avropa İttifaqı (Aİ) və NATO ölkələri öz hərbçilərinin Ukraynaya göndərilməsi imkanlarını nəzərdən keçirirlər.
Bu barədə Slovakiyanın Baş naziri Robert Fiso Aİ və NATO üzvlərinin Ukraynadakı vəziyyəti müzakirə edəcəkləri Paris görüşü fonunda danışıb.
Fiso, həmçinin, Bratislavanın qəti olaraq belə bir addım atmayacağını da bildirib.
Baş nazir qeyd edib ki, hərbçilərini Ukraynaya göndərəcək ölkələr ikitərəfli razılaşmalar əsasında fəaliyyət göstərəcəklər.