Müharibədə ilk: ABŞ-ın Abrams tankı Ukraynada məhv edildi - video

Rusiya hərbçiləri Ukraynada ilk dəfər Abrams tankını məhv ediblər.

Qondarma DXR rəhbərinin müşaviri Denis Puşilinin müşaviri Yan Qaqinin sözlərinə görə, tank Avdeevka ərazisində məhv edilib, 

Zədələnmiş tankın fotoları teleqram kanalları vasitəsilə yayılanıb. 

Ukrayna Silahlı Qüvvələri tankın itkisi iddiası ilə bağlı hələlik şərh verməyib.

Məlumat təsdiqlənərsə, bu, müharibə başlayandan bəri ilk dəfə Abrams tankının məhv edilməsi olacaq. Belə tanklar 2023-cü ilin payızından istifadəyə verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ