Almaniya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üzrə tədbirləri dəstəkləyi.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar zamanı bildirib.
Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının fəaliyyətini müzakirə edib, Ermənistan-Almaniya və Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.