Aleksandr Lukaşenko 2025-ci ildə yeddinci dəfə Belarusda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
O, bu barədə yerli hakimiyyət orqanları və ölkə parlamentinin aşağı palatasına keçirilən səsvermədən sonra Minskdəki seçki məntəqəsində jurnalistlərə bildirib.
“Gedəcəm, gedəcəm, gedəcəm. Onlara deyin ki, mən gedəcəm! – deyə Lukaşenko sözlərini Belarus müxalifətin nümayəndələrinə ünvanlayıb. “Vəziyyət nə qədər mürəkkəb olsa, onlar cəmiyyətimizi, o cümlədən sizi bir o qədər fəal şəkildə təşviq edəcəklər”. İnanın ki, mənim üçün bu çox vacibdir - məsuliyyətli prezident onun ardınca gedən xalqını döyüşə atmaz. Sizi, məni və cəmiyyəti daha çox gərginləşdirsələr, mən bu seçkilərə bir o qədər tez gedəcəm. Narahat olmayın, Belarus üçün nə lazımdırsa, edəcəyik”.
Lukaşenko eyni zamanda qeyd edib ki, dünyanın heç bir yerində Belarusdakı kimi “açıq, ədalətli, prinsipial seçkilər” yoxdur.
“Bu, bizim üçün bayramdır. Həmişə belə olub. Biz səmimi, dürüst siyasət həyata keçiririk”, - Lukaşenko bildirib.
- Aleksandr Lukaşenko 30 ildir Belarusda hakimiyyətdədir. O, ilk dəfə 1994-cü ildə ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.