Zelenski hazırkı təmas xəttində Rusiya ilə sülhə qarşıdır

Ukrayna prezidenti Vladimir Zelenski hazırkı təmas xəttində Moskva ilə istənilən növ barışığa qarşıdır. Zelenski öz mövqeyini “Fox News”a müsahibəsi zamanı səsləndirib.

“Biz ərazimizlə bağlı Minsk razılaşmalarını təkrarlamaq istəmirik. Yeni dondurulmuş münaqişələr istəmirik. Biz buna inanmırıq. Mən isə ona (Rusiya prezidenti Vladimir Putinə - red.) inanmıram”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti gələcəkdə Rusiya Federasiyası ilə danışıqların mümkün olduğunu bəyan edib. “Biz hazır olanda”, o əlavə edib.

“Danışıqlar masasına gəlincə - biz hazır olanda, bizim sülh düsturumuza əsaslanan sənəd olanda, əsas sənədimiz olanda və dünya tərəfindən dəstəklənəndə o zaman Rusiya nümayəndələri ilə danışıq yollarını axtara biləcəyik”, deyə Zelenski izah edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ