Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş komandanı Valeri Zalujnının vəzifəsindən niyə azad edilməsini açıqlayıb.
Ukrayna lideri bu barədə “FoxNews”un efirində danışıb.
Onun sözlərinə görə, Zalujnı və Ukrayna Silahlı Qüvvələrində əsas mövqe tutan şəxslərin istefaya göndərilməsi hərbi komandanlıqda yenidənqurma və dəyişikliklə əlaqədardır.
Zelenski burada söhbətin uzun müddət dəyişməyən cəhətlərdən getdiyini vurğulayıb: “Biz sürətli olmalıyıq, bu o deməkdir ki, bizdə olan bütün bürokratiyanı aradan qaldırmalıyıq. Bizim başqa şansımız yoxdur. Biz ağıllı, texnoloji cəhətdən təmin olunmuş və sürətli olmalıyıq. Vaxt puldur, bizim nümunəmizdə isə bu, pul deyil, insanların həyatıdır”.
Xatırladaq ki, fevralın 8-i V.Zalujnının vəzifəsini tərk etməsi məlum olub. Zelenski onun postuna Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskini təyin edib.