Hacı Muradın qalıqları Azərbaycandan oğurlandı - FOTO

Şayx Şamilin naibi Hacı Muradın güman edilən qalıqları Azərbaycandan çıxarılaraq, bu gün – iyunun 2-də onun vətənində - Xunzax rayonunda dəfn edilib. 

Buta.media xəbər verir ki, bu barədə “Molodyoj Dagestana” qəzetinə mərasimin şahidi Əmir Əmirov məlumat verib.

Nəşrin müxbiri ilə söhbət zamanı Ə.Əmirov Xunzax kəndinin məscidində olub və naibin qalıqlarının dəfnindən öncə cənazə namazına hazırlaşırmış. Mərasimdən öncə yenidən dəfnolunmanın məqsədəuyğunluğu barədə müzakirələr aparılıb. Mərasim qeyri-formal xarakter daşıyıb.

“Müxtəlif ziddiyyətli fikirlər vardı, lakin iştirakçılar razılığa gəliblər və yenidən dəfnə hazırlaşırlar. Heç kim rəsmi çıxış etməyib və qalıqların Hacı Murada aid olması barədə sübutlar göstərməyib. Hər şey deyilən sözlərin həqiqətə uyğun olmasına inanaraq edilir”, - Əmirov deyib.

Xunxaz rayonunun administrasiyasında dəfn edilmiş qalıqların Hacı Murada aidiyyatı təsdiqlənməyib.

“Xunzax kəndinin qəbiristanlığında hansısa mərasim keçirilib, lakin dəfn edilmiş qalıqların naib Hacı Murada aid olmasını sübut edən heç nə yoxdur. Rayonun rəsmi şəxslərindən orada heç kim iştirak etməyib. Həmçinin dəfni həyata keçirən adamların kim olması məlum deyil”, - rayon administrasiyasının mətbuat katibi Kamil Hüseynov deyib.

Qeyd edək ki, ictimai fəallar Azərbaycanın Qax rayonunun Tanqıt kəndində onun qəbrinin sinə daşının söküldüyünün şahidi olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ