Türkiyənin Sakarya şəhərində 4,7 bal gücündə zəlzlələ olub.
Buta.media “Hürriyet”ə istinadən xəbər verir ki, saat 17:08-də meydana gələn təkanlar qorxu və təlaşa səbəb olub.
Vətəndaşlar küçələrə axışıb. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat olmayıb.