Rusiya ordusu Xerson vilayətində Dnepr çayının sol sahilində Krınki yaşayış məntəqəsini nəzarətə götürüb.
Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinlə görüşdə deyib.
Putinin sözlərinə görə, “Dnepr” qrupunun komandiri Mixail Teplinski ona məruzə edib ki, Krınkidə bir neçə ukraynalı qalıb ki, onlar da “ya meşələrdə, ya da qazdıqları deşiklərdə” gizlənirlər. Şoyqu bu məruzəni təsdiqləyib. “Bu, doğurdanda belədir”, müdafiə naziri deyib.
“Mən istəməzdim ki, həmkarlarımda Krınkinin heç nə baş verməyən kiçik bir yaşayış məntəqəsi olduğu təəssüratı yaransın”, Şoyqu TASS-ın baş redaktoru Mixail Petrova müsahibəsində deyib və əlavə edib ki, Krınkinin ələ keçirilməsi “Ukraynanın əks-hücumuna son qoyur”.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Şoyqunun Krinkinin ələ keçirilməsi ilə bağlı bəyanatını şərh etməyib. Baş Qərargahın səhər hesabatında Krınkinin adı çəkilmir, Xerson istiqamətindəki Ukrayna qüvvələrinin mövqelərini saxlamaqda davam etdiyi bildirilir.