Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkə həm mental, həm də strateji cəhətdən müharibəyə hazır olmalıdır. Onun sözlərinə görə bütün “qanlı kampaniyalar” qərbdən şərqə doğru təçkil olunub və “rüzvayçı şəkildə uğursuzluqlara məruz qalıb”.
“Torpaqlarımıza marağın əsl səbəblərini bilirik... Bizə müharibə lazım deyil, ona görə də biz buna həm mental, həm də strateji cəhətdən hazır olmalıyıq. Qlobal münaqişənin diplomatik yolla həllinin mümkünlüyü ilə bağlı bütün illüziyalardan imtina etməliyik. Beynəlxalq hüquq da gərginliyi aradan qaldırmaq iqtidarında deyil”, - Aleksandr Lukaşenko milli təhlükəsizlik sisteminin dövlət qurumlarının rəhbərləri ilə görüşündə deyib.
O əlavə edib ki, Rusiya və Belarusun NATO ilə sərhədində 32 min NATO əsgəri, o cümlədən 1 mindən çox zirehli texnika, 160-a yaxın artilleriya və minaatan sistemi, 235 təyyarə və helikopter yerləşdirilib. Aleksandr Lukaşenkonun sözlərinə görə, “kollektiv Qərbin tamahı və aktivliyi yalnız artacaq”.