Navalnının qardaşı axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi Aleksey Navalnının qardaşı Oleqi yenidən axtarışa verib. Bu barədə Rusiya DİN-nin informasiya bazasında məlumat yerləşdirilib.

Oleq Navalnı Rusiya Federasiyası Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.

TASS xəbər verir ki, Navalnının yenidən axtarışa verilməsi onun barəsində yeni cinayət işinin başlanması ilə bağlıdır. Təfərrüatlar dəqiqləşdirilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ