Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı onun mətbuat katibi Nazeli Baqdasaryan yayıb.
O, 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.