Zelenski Baş Qərargah rəisini də dəyişdi

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisi Sergey Şaptalanı vəzifəsindən azad edib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Zelenski onun yerinə bu posta ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Barhileviçi təyin edib.

Bundan əlavə, Ukrayna Prezidenti qeyd edib ki, Silahlı Qüvvələrin Quru Qoşunlarının komandanı vəzifəsinə yeni təyin edilmiş Aleksandr Sırski artıq müavinlərini müəyyənləşdirib, lakin onların adları hələ açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ