Rumıniyalı Palata rəhbəri Qarabağ açıqlamasına görə üzr istədi

Rumıniya Ticarət-Sənaye Palatasının prezidenti Afanasi Feodor (Tyudor) Azərbaycan parlamentində çıxışı zamanı anlaşılmazlığa görə üzr istəyib.

F.Afanasi qeyd edib ki, onun sözləri düzgün başa düşülməyib.

“Mən Azərbaycan xalqından üzr istəyirəm. Əminəm ki, deputat (Mixail Zabelini nəzərdə tutur - red.) və mənim sözlərim düzgün anlaşılmayıb”, - o qeyd edib. 

F.Afanasi bildirib ki, onun sualı ritorik olub və rus dilini zəif bilməsi səbəbindən fikrini düzgün çatdıra bilməyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumıniyanın rəsmi mövqeyini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır:

“Rumıniya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır, eləcə də, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində münaqişənin nizmalanmasını dəstəkləyir”. (Oxu.az)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ