Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xan daha 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə yerli GeoTV telekanalı məlumat yayıb. Əl-Cəzirə aydınlaşdırır ki, bu, dövlət sirrinin yayılması ilə bağlıdır.
2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik etmiş İmran Xan artıq həbsdədir.
Hələ 2023-cü ilin avqustunda o, çirkli pulların yuyulması ittihamı ilə 3 il həbs və 100 min rupi (təxminən 1,2 min dollar) cərimə cəzasına məhkum edilmişdi.