İstanbulda kilsəyə silahlı hücumun görüntüləri yayıldı - video

Ötən gün İstanbulda “Santa Maria” kilsəsində baş verən silahlı insidentin görüntüləri yayılıb. Hadisə nəticəsində Tuncer Cihan adlı şəxs 1 nəfər tərəfindən qətlə yetirilib. 

Türkiyə polisi atışmada əli olmaqda şübhəli bilinən 47 nəfəri saxlayıb. Bu barədə jurnalistlərə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Sözügedən şəxslərdən birinin Rusiya, digərinin isə Tacikistan vətəndaşı olduğu bildirilir.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ