Tramp jurnalistin iddiası ilə bağlı 83,3 milyon dollar təzminat ödəyəcək

Nyu-Yorkda münsiflər məhkəməsi jurnalist Elizabet Cin Kerolun Donald Trampa qarşı böhtan iddiası ilə bağlı hökmü geri qaytarıb - keçmiş prezident 83,3 milyon dollar təzminat ödəməlidir. Bu barədə “The New York Times” məlumat yayıb.

2019-cu ildə Keroll 90-cı illərin ortalarında mağazada Tramp ilə görüşməsindən bəhs edən köşə yazısı dərc edib. Onun sözlərinə görə, paltardəyişmə otağında milyarder onu zorla öpüb, alt paltarını çıxarıb və zorlayıb. Köşə yazısına cavab verən Tramp Kerolu tanımadığını və “onun zövqündə olmadığını” söyləyib. Dindirmə zamanı jurnalistin vəkilləri siyasətçiyə 1987-ci ilə aid fotoşəkili göstəriblər, həmin fotoda jurnalist və onun o vaxtkı əri Tramp və həyat yoldaşı ilə ünsiyyətdə olublar; respublikaçı fotoşəkilə baxaraq, Kerolu birinci arvadı İvana ilə səhv salıb.

2023-cü ilin may ayında münsiflər məhkəməsi Trampı Kerolun başqa bir iddiası ilə cinsi təcavüzdə günahkar bilib və beş milyon dollar cərimələyib.

Hökmdən sonra Tramp açıq şəkildə Kerrolun sözlərini yalan adlandırmağa davam edib. Məhkəmədə jurnalist respublikaçıların ona göndərdiyi daimi təhdidlərdən danışıb. İkinci məhkəmə prosesində ictimai təzyiqə görə münsiflər anonim olaraq seçilib. Münsiflər məhkəməsinin qərarı ilə Donald Tramp Cin Kerola təkcə reputasiyasına dəyən ziyan deyil, həm də əlavə 65 milyon dollar cəza təzminatı ödəyəcək.

Tramp prosesi “cadugər ovu” və “siyasi təqib”, hökmü isə “gülünc” adlandırıb. Siyasətçi bununla bağlı apellyasiya şikayəti verəcəyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ