Putin: İl-76 Ukrayna HHM sistemləri tərəfindən vurulub

RF prezidenti Vladimir Putin Belqorod vilayətində Rusiyaya məxsus İl-76 təyyarəsinin qəzaya uğramasına ilk dəfə münasibət bildirib. Onun sözlərinə görə, təyyarə Ukrayna hərbçiləri tərəfindən xaricdə istehsal olunan - ABŞ və ya Avropa hava hücumundan müdafiə sistemindən istifadə etməklə vurulub.

“Heç bir halda bu, “dost atəşi” ola bilməzdi. Çünki təyyarə ordu vasitəsi ilə deyil, hava hücumundan müdafiə raketləri ilə vurulub. Bizim hava hücumundan müdafiə sistemlərimiz öz təyyarəsimizi vura bilməz. Orada dost-düşmən sistemləri var və operator nə qədər düyməni bassa da, bizim hava hücumundan müdafiə sistemlərimiz işləməzdi. Texnika. Hadisə yerində aşkarlanan dəlillər də bunun hava hücumundan müdafiə raketi olduğunu göstərir”, - Putin müharibədə iştirak edən tələbələrlə görüşündə deyib.

Görüşdən videonu VGTRK müxbiri Pavel Zarubin dərc edib.

“Çox güman ki, bunlar ABŞ “Patriot” sistemləri və ya Avropa, çox güman ki, fransızlardır. Amma bir neçə gündən sonra dəqiq cavab veriləcək”, - Rusiya prezidenti əlavə edib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bilirdi ki, Rusiya tərəfi əsir düşmüş hərbçiləri daşıyır.

“Bilmirəm, bunu qəsdən, yoxsa səhvən, düşüncəsizlikdən ediblər, amma bunu ediblər. <...> Biz yalnız pilotlarımıza təəssüflənirik, onların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm”, - Putin deyib.

Yanvarın 24-də Belqorod vilayətinin Yablonovo kəndi yaxınlığında İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində altı ekipaj üzvü, Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi və onları müşayiət edən üç nəfər olub. Hadisə barədə yanvarın 24-də məlum olub. Vəziyyətlə tanış olan “112” Telegram kanalının həmsöhbəti qeyd edib ki, qəza Belqorod vilayətinin Koroçanski rayonunda baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ