Dünyanın ən zəngin insanlarının siyahısında lider dəyişib

LVMH (“Louis Vuitton Moet Hennessy”) lüks mallar istehsal edən şirkətlər qrupunun prezidenti Bernar Arno dünyanın ən zəngin insanları siyahısında liderliyi qaytarıb və “Tesla”nın sahibi İlon Maskı reytinqdə birinci yerdən kənarlaşdırıb.

Qeyd edilir ki, Arnonun sərvəti hazırda 205,8 milyard dollar qiymətləndirilir və 21,6 milyard dollar artıb. İkinci pillədə qərarlaşan İlon Maskın “Tesla” və “SpaceX” şirkətlərinin kapitalı ümumilikdə 204,2 milyard dollar təşkil edib. Beləliklə, Arno ən yaxın izləyicisini 1,6 milyard qabaqlayıb.

Siyahıda ilk üçlüyü 179,9 milyard dollar sərvətlə “Amazon” korporasiyasının sahibi Ceff Bezos qərarlaşıb. Dördüncü yeri isə 142,6 milyard dollar sərvətlə “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ