Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar olmasına gətirib çıxaracaq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə gürcü həmkarı İrakli Qaribaşvili ilə danışıqlarının yekunlarına dair brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişi imzalananda bölgədə sülh əldə ediləcək.
Paşinyan sülh müqaviləsi üzərində işlərin hələ də davam etdiyini diqqətə çatdırıb.