Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini rəsmən təsdiqləyib.

Bu barədə “Haber7” hökumətin “Resmigazete” qəzetində dərc olunmuş sənədə istinadən məlumat verib.

Beləliklə, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi prosesi rəsmən başa çatıb.

Qeyd edək ki, İsveç Avropa İttifaqının üzvü kimi Türkiyə prezidenti ilə danışıqlarda ərizənin ratifikasiyası müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım etmək barədə razılığa gəlib. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Aİ-yə qəbulu məsələləri “bir-biri ilə əlaqəli deyil”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ