Qəzaya uğramış İl-76 hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində “Azov” batalyonunun ən azı 12 hərbçisi olub.
Bu barədə “Mash” Telegram kanalı yazır.
Qeyd edilir ki, “Azov” batalyonunun üzvlərini, 53 ukraynalı əsgər və bir zabiti rusiyalı əsir hərbi qulluqçularla dəyişdirməyə aparırdılar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində altı ekipaj üzvü, Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi və onları müşayiət edən üç nəfər olub. Hadisə barədə yanvarın 24-də məlum olub. Vəziyyətlə tanış olan “112” Telegram kanalının həmsöhbəti qeyd edib ki, qəza Belqorod vilayətinin Koroçanski rayonunda baş verib.