“Pul gəlir, pul gedir”: Nüsrət Gökçənin restoranında rekord məbləğdə hesab ödənildi - foto

Türkiyəli aşpaz Nüsrət Gökçənin Dubaydakı restoranında rekord məbləğdə hesab ödənilib. 

Hesabın qəbzini Nüsrət Gökçə öz sosial media hesabında paylaşıb.

Müştərinin hesabı 398 min 630 dirhəm (184 485 AZN) təşkil edib. Nüsrət Gökçə paylaşıma “Pul gəlir, pul gedir” sözlərini yazıb.

Sosial şəbəkə istifadəçiləri bu paylaşımı birmənalı qarşılamayıb və mübahisələrə səbəb olub.

Qeyd edək ki,  Nüsrət Gökçənin rəhbərlik etdiyi Nusr-Et Steakhouse restoranı 2010-cu ildən Dubayda fəaliyyətə başlayıb. Məşhur aktyorlar, idmançılar və musiqiçilər mütəmadi olaraq restoranın qonağı olurlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ