Almaniyada azərbaycanlını öldürdülər

Almaniyada yaşayan Əhliman adlı azərbaycanlı dava zamanı öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyada yaşayan şəxslər məlumat verib.

Mingəçevir şəhərindən olan və bir müddətdir Almaniyada çalışan Əhlimanın moldovalı şəxslərlə dava-dalaş zamanı baş nahiyəsindən ağır xəsarətlər alması və xəstəxanaya çatdırıldıqdan az sonra vəfat etdiyi bildirilib.

Qeyd edilib ki, dava kafedə başlayıb.

Vəfat edən şəxsin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ