Putin buzlu suya girdi - video

Rusiya Prezidenti Vladimir Putin ənənəvi olaraq keçirilən vəftiz ayinini yerinə yetirib. 

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bəli, ənənəvi olaraq, bu səhər o, vəftiz münasibətilə bunu etdi”, - deyə Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti ənənəvi olaraq vəftiz ayinini yerinə yetirir və buz dəliyində çimir. O, sadəcə 2022-ci ildə - pandemiyanın ən qızğın vaxtında istisna olaraq bunu etməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ