Pakistan İranla gərginliyin bitdiyini açıqlayıb

Pakistan İranla diplomatik əlaqələri bərpa etmək qərarına gəlib.

Bu barədə Pakistanın yerli mətbuatı məlumat yayıb.

Məlumata əsasən, Pakistan Xarici İşlər Nazirliyi iki ölkənin XİN rəhbərləri arasında danışıqlardan sonra gərginliyin sona çatdığını açıqlayıb.

Tezliklə iki ölkənin səfirləri paytaxtlara qayıdacaq. İran və Pakistan arasında diplomatik əlaqələr əvvəlki səviyyəyə qayıdacaq.

Qeyd edək ki, son günlər İran və Pakistan arasında gərginlik yaranıb. Yanvarın 16-da İran Pakistan ərazisinə hava zərbələri endirib və bildirib ki, hədəf terrorçu qruplaşma olub və nəticədə "Ceyş əl-Zalum' terror qruplaşmasının (Ceyş əl-Ədl) iki mühüm qərargahı məhv edilib.

Yanvarın 18-də isə Pakistan İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirdiyini açıqlayıb. İran XİN bildirib ki, bu aviazərbələr nəticəsində 9 nəfər həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ