Pakistan öz səfirini İrandan geri çağırıb.
Buta.media xəbər verir ki, rəsmi İslamabad Tehranın ölkə ərazisinə zərbələrini qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını bildirib.
Pakistan XİN sözçüsü Mümtaz Zəhra Bəluç qeyd edib ki, İslamabad ölkənin suverenliyinin pozulmasından sonra Tehranla bütün yüksək səviyyəli diplomatik mübadilələri dayandıracaq.
Xatırladaq ki, ötən gün İran Pakistan ərazisinə raket zərbələri endirib.