İran Pakistan ərazisinə raket zərbəsi endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə ballistik raket zərbəsi endirib. Nəticədə iki dövlət sərhədində atışma baş verib.

İran KİV-i xəbər verir ki, “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahını məhv etmək üçün ballistik raketlər və dronlardan istifadə edilib.

Press TV agentliyinin məlumatına görə, SEPAH Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətində yerləşən “Ceyş əl-Ədl” (Ədalət Ordusu) bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Hücumun səbəbləri və nəticələri ilə bağlı təfərrüatlar hələlik məlum deyil. İran və Pakistan hökumətlərindən heç bir rəsmi açıqlama verməyib. 

Qeyd edək ki, bu İran silahlı qüvvələrinin Pakistan ərazisinə ilk raket zərbəsi idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ