İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasında Qrindavik şəhəri yaxınlığındakı vulkan püskürməsi başlayıb.
RUV televiziya şirkətinin məlumatına görə, bazar günü Qrindavik yaxınlığında torpaqda iki çat əmələ gəlib - onlardan biri şəhərdən 50-100 metr aralıda olub və həmin çatdan lava axmağa başlayıb.
Maqma Qrindavikə çatdıqdan sonra şəhərdə ən azı iki yaşayış evi yanıb.
Bu, Qrindavikdə son bir ayda ikinci vulkan püskürməsidir. Daha əvvəl dekabrın 18-də analoji hadisə baş vermişdi.
İlk püskürmədən əvvəl Qrindavik tamamilə boşaldılmışdı. Şəhərdə dörd minə yaxın insan yaşayırdı. Dekabr püskürməsindən sonra hakimiyyət 200-ə yaxın yerli sakinin şəhərə qayıtmasına icazə verib. İkinci püskürmə ərəfəsində onlar da şəhərdən çıxarılıb.
“İnsanların həyatı üçün heç bir təhlükə yoxdur, baxmayaraq ki, infrastruktur risk altında ola bilər” İslandiya Prezidenti Qvyudni Youhannesson sosial media yazıb. O, həmçinin əlavə edib ki, vulkan püskürməsi İslandiyada hava hərəkətinə təsir göstərməyib.