Fransanın xarici işlər naziri vəzifəsinə 38 yaşlı Stefan Sejourne təyin edilib.
Fransa mediasının məlumatına görə, yeni XİN rəhbərinin kimliyi ölkə və dünya mediasında maraq doğurub.
Belə ki, “İntibah” partiyasının lideri olan Sejourne Fransanın yeni Baş naziri Qabriel Attalla vətəndaş nikahında yaşayır.
Qeyd olunur ki, o, cinsi azlıq nümayəndəsi olduğunu və Qabriel Attal ilə münasibətdə olduğu faktını mediadan gizlətmir. Onların 2017-ci ildən birlikdə yaşadığı məlumdur. Attalın yeni qurduğu hökumətdə Sejourneyə vəzifə verməsi birmənalı qarşılanmayıb.
Xatırladaq ki, yanvarın 9-u Q.Attal Elizabet Bornun istefasından sonra Fransanın yeni Baş naziri təyin edilib. 34 yaşlı Attal ölkə tarixində ən gənc Baş nazir olub. O bu təyinata qədər Fransanın təhsil naziri idi.
Qeyd edək ki, Qabrial Attal Fransa Prezidentinin yaxın tərəfdaşı, ölkənin cinsi azlıq nümayəndəsi olduğu bildirilən ilk Baş naziridir. Onun Stejan Sejourne ilə vətəndaş nikahında olduğu deyilir.