İran Oman körfəzində ABŞ-ın neft tankerini ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində ABŞ neft tankerini saxlayıb. Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilir ki, tankerin saxlanılması barədə “məhkəmə qərarı” verilib. Digər təfərrüatlar, o cümlədən gəminin adı açıqlanmayıb.

Yanvarın 11-də Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Komandanlığı məlumat verib ki, qara geyimli bir qrup silahlı şəxs Oman körfəzi ilə üzən “Müqəddəs Nikolas” gəmisinə daxil olub.

Hadisə Omanın Suhar limanından 90 kilometr aralıda baş verib. İlkin məlumatlara görə, tanker İraq neftini daşıyırdı; gəmi Yunanıstanın “Empire Navigation” gəmiçilik şirkətinə məxsusdur.

“Reuters”in məlumatına görə, “Müqəddəs Nikolas” tankerinin göyərtəsində 19 nəfər – 18 Filippin və bir Yunanıstan vətəndaşı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ