İsrail ordusunun Rəfah şəhərinə endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının banisi və ruhani lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu-Əca öldürülüb.
Bu barədə İsrail mediası məlumat yayıb.
Daha iki yerli jurnalist - Mustafa Turaya və Həmzə Əldadu raketlə vurulan həmin avtomobildə olublar.
Qeyd edək ki, Şeyx Əhməd Yasin 2004-cü ildə öldürülüb. Yasin və iki köməkçisi ilə birgə avtomobildə evinin yaxınlığındakı məscidə namaz qılmağa gedərkən İsrail hərbi helikopterlərindən raket atəşinə tutulub.