Türkiyədə dəhşətli avtobus qəzası: ölənlər var - video

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Qəza zamanı 2 sərnişin avtobusu və bir yük maşını toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb qardan sonra yolda yaranan sürüşkənlik olub.

Hadisə yerinə çox sayda axtarış-xilasetmə qrupları və təcili yardım avtomobilləri cəlb edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ